"Medline Group Assitance"a xoş gəlmisiniz!
Ən yaxşı nəticələr alacağınıza əmin edirik!
7 ildən çox müddətə əldə etdiyimiz təcrübə və beynəlxalq partnyorlarımızla qurduğumuz dayanıqlı əlaqələr sayəsində yüksək keyfiyyətli, yenilikçi və interaktiv tibbi assistantlıq xidmətlərimizlə tərəfdaşlarımızın gözləntilərinin xeyli irəlisindəyik.

Tibb müəssisələrinə yönləndirilmə
Tibb müəssisələrinə göndəriş təklifi edilməzdən əvvəl müraciət edən şəxsə müqaviləli xəstəxana və klinikalar barəsində ətraflı məlumatlar verilir. Xəstələrə gediş öncəsi lazım olan ilkin müayinə və buna müvafiq prosedurlar tərəfimizdən tam həyata keçirilir.
Sənədləşmə işləri
Təqdim etdiyimiz bütün xidmətlərin sənədləşdirilməsi, xəstə və yaxını üçün zəruri rəsmi sənədlərin toplanması əməkdaşlarımız tərəfindən xüsusi etina ilə həyata keçirilir.
Tibbi məsləhətçi xidməti
Xidmətə xəstənin şikayətləri və ona qoyulmuş ilkin diaqnozlar barədə məlumat əldə etmək və xəstənin müraciətinin daxil olduğu ölkənin tibb infrastrukturuna uyğun müvafiq məsləhətlər vermək daxildir.
Əlaqə
+994 51 225 43 44

Xaricdə müalicə
Tələbatın hər gün yüksəldiyi səhiyyə turizmi Mediline Group Assistance sayəsində indi daha əlçatandır. İstər ölkəmizdə yaşayanların müxtəlif ölkələrdə müayinə və müalicə olunmaları, istərsə də əcnəbi ölkələrdən öz tibbi ehtiyacları üçün Azərbaycanı seçənlərə ən keyfiyyətli xidmət tərəfimizdən təqdim olunur.
Yüksək keyfiyyət standartlarına sahib xəstəxanalar, klinikalar və ən peşəkar həkimləri, müalicə məqsədli paketləri ilə başda Türkiyə olmaqla, əlaqədə olduğumuz tibb müəssisələrinin yerləşdiyi ölkələr səhiyyə sektorunda və sağlamlıq turizmində ilk ağla gələn ünvanlardır.

Səbinə Həsənova
"Mediline Group Assistance" təsisçisi
4.8/5
1860 Reviews
4.6/5
1630 Reviews
4.7/5
2100 Reviews
Təcrübəli heyət
Şirkətimizə müraciət edən xəstə ilə işləyən əməkdaşlarımız müntəzəm olaraq təlimlərə cəlb olunur. Təlimlərimizdə əməkdaşlarımıza medikal assistantlıq sahəsində dünyanın ən qabaqcıl təcrübəsi öyrədilir.

Qlobal xidmət şəbəkəsi
Hərtərəfli və səmərəli idarə olunan xidmət şəbəkəsinin yaradılması şirkətimiz üçün ilkin prioritet olmuşdur. Biz daima şəbəkəmizin təkmilləşdirilməsi və daha da effektiv olmasını təmin etmək üçün yeni üzvləri axtarırıq.

Dayanıqlı əlaqələr
Dünyanın aparıcı tibb müəssisələri və əlaqədar qurumları ilə uzunmüddətli əməkdaşlığımız sayəsində xidmət sahəsini daha da genişləndiririk. Uzun illərdən bəri bizi dəstəkləyən biznes tərəfdaşlarımız və partnyorlarımıza minnətdarlığımızı bildiririk.

Etibarlı müayinə və müalicə xidməti
Müayinə və ya müalicə üçün dünyanın bir çox yerinə səyahət edən şəxslərə hərtərəfli xidmət təqdim edirik. Etibarınızı qazanmaq ən böyük fəaliyyət prinsipimizdir.
Bizə niyə güvənirlər?
Xəstələrin xaricdə müayinə və müalicə olunmaq üçün Mediline Group Assistance şirkətinə müraciət etmək səbəbləri;
Yüksək keyfiyyətli xidmət
Keyfiyyətli və etibarlı tibbi xidmətlər əldə etmək üçün
Münasib qiymət strategiyası
Müalicələrini daha münasib qiymətlərlə yerinə yetirmək üçün
Peşəkarlıq
Tibbi xidmətlərə peşəkar qaydada çatmaq üçün
Pasiyent sirrinin qorunması
Özləri haqqında məxfiliklərin heç bir halda zərər görməməsi üçün
Haqqımızda yazırlar
“Mediline” göstərdiyi xidmətin keyfiyyətini ən yüksək səviyyədə saxlamağı təmin etmək üçün mütəmadi olaraq xidmət təminatçılarına nəzarət edir.

Akif Yeşilipek



"Mediline" komandası
Şirkətimizə müraciət edən xəstə ilə işləyən əməkdaşlarımız müntəzəm olaraq təlimlərə cəlb olunur. Təlimlərimizdə əməkdaşlarımıza medikal assistantlıq sahəsində dünyanın ən qabaqcıl təcrübəsi öyrədilir.

Margaret Anderson

Mark Anthony
Senior Pathologist

Samantha Wood
Ödənişsiz konsultasiya üçün
Müxtəlif zaman aralıqları ilə dəvət etdiyimiz xarici həkimlər tərəfindən göstərilən ödənişsiz konsultasiyaya qeydiyyatdan keçmək üçün sosial media səhifələrimizi izləyin!
Bizə yazın!
Azərbaycanın ilk medikal assistant xidməti təqdim edən şirkəti olaraq müştərilərimizə təcrübəmizə söykənən ən müasir yanaşma ilə xidmət göstəririk.
Ünvan
Bakı şəhəri, Seyid Yəhya Bakuvi küçəsi 106
Telefon
+994 51 225 43 44
info@medilineassist.az