Böyrək çatışmazlığından əziyyət çəkən Zəhra Mirzəbəyovanın vəziyyəti ilə bağlı aparılan tibbi müayinələr göstərib ki, xəstəyə tezliklə yeni böyrək köçürülməlidir. Aprelin 28-də “Nargis” Fondunun maliyyə dəstəyi ilə Zəhra Mirzəbəyova Türkiyənin İstanbul şəhərinə yola düşərək may ayının 3-də “Gaziosmanpaşa” xəstəxanasında əməliyyat olunmuşdur. Uğurlu böyrək transplantasiyası əməliyyatı keçirən Zəhra Mirzəbəyovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş hesab edilib. Ciddi nəzarət altında saxlanılan xəstənin bərpa müddətinin ardınca məlum olub ki, böyrək uşağın orqanizminə tam uyğunlaşıb. Karantin müddəti bitəndən sonra Zəhra normal həyat tərzinə dönə biləcək.
Müalicə üçün lazımi vəsaitin qarşılanmasını təmin edən “Nargis” Fondu və “Mediline Group Assistance” MMC assistanlıq xidməti təqdim etdiyi hər xəstədə olduğu kimi Zəhra Mirzəbəyova üçün də öz üzərinə düşən işlərin öhdəsindən uğurla gəlmişdir.