Yaşından ağır yükü artıq daşımayacaq

Azyaşlı Namiq Zeynalov əziyyət çəkdiyi xroniki böyrək çatışmazlığı ilə əlaqədar “Nargis” Fondunun dəstəyi ilə Türkiyənin İstanbul şəhərində yerləşən “Gaziosmanpaşa” xəstəxanasına yola düşərək, orada əməliyyat olunmuşdur. Uğurlu əməliyyatın ardınca evə buraxılan balaca xəstəmiz bir neçə il həkim nəzarətində olacaq. Oktyabrın 2-də baş tutan uğurlu əməliyyat üçün lazımi vəsaitin qarşılanmasını təmin edən “Nargis” Fondu və “Mediline Group Assistance” MMC assistanlıq xidməti təqdim etdiyi hər xəstədə olduğu kimi Namiq Zeynalov üçün də öz üzərinə düşən işlərin öhdəsindən uğurla gəlmişdir.