Tibbi müşayiət
Həkimlər, tibb bacıları, digər xəstəxana personalı, tibb texniki, sosial müşayiətçilər, tərcüməçilər və bütün növ müşayiət xidmətləri, tərəfimizdən çoxdilli formada təqdim olunur.
Bu xidmətlərə xəstənin müraciət yerindən gedəcəyi son nöqtəyə qədər bütün tibbi və logistik xidmətlərin uğurla icrası daxildir.

Tibbi dəstək
Təcrübəli, bilikli, və operativ heyətimiz sayəsində ən mühüm üstünlüyümüz müraciətinizin sürətli, keyfiyyətli və etibarlı şəkildə həllini tapmasıdır.
Təcrübəli heyət
Şirkətimizə müraciət edən xəstə ilə işləyən əməkdaşlarımız müntəzəm olaraq təlimlərə cəlb olunur. Təlimlərimizdə əməkdaşlarımıza medikal assistantlıq sahəsində dünyanın ən qabaqcıl təcrübəsi öyrədilir.
Tibbi ləvazimat dəstəyi
Müayinə və müalicə ilə yanaşı xəstələr üçün lazım olan tibbi ləvazimatların təminatı xəstənin tələbi üzrə həyata keçirilir. Bu fəaliyyətimiz bu kimi ləvazimatların əldə olunmasını daha sürətli yerinə yetirməklə xeyli asanlaşdırır.
Uçuş icazəsi
Xəstənin nəqli üçün vacib olan tibbi uçuş icazəsi ehtiyac yarandıqda yerli mütəxəssislərimiz tərəfindən müayinənin ardınca verilir və ya alternativ variantlar təyin olunur.