Medikal Assistant xidmətlərinin əhatə dairəsi

Azərbaycanın ilk medikal assistant xidməti təqdim edən şirkəti olaraq müştərilərimizə təcrübəmizə söykənən ən müasir yanaşma ilə xidmət göstəririk.

Qlobal xidmət şəbəkəsi

Hərtərəfli və səmərəli idarə olunan xidmət şəbəkəsinin yaradılması şirkətimiz üçün ilkin prioritet olmuşdur. Biz daima şəbəkəmizin təkmilləşdirilməsi və daha da effektiv olmasını təmin etmək üçün yeni üzvləri axtarırıq.

Dayanıqlı əlaqələr

Dünyanın aparıcı tibb müəssisələri və əlaqədar qurumları ilə uzunmüddətli əməkdaşlığımız sayəsində xidmət sahəsini daha da genişləndiririk. Uzun illərdən bəri bizi dəstəkləyən biznes tərəfdaşlarımız və partnyorlarımıza minnətdarlığımızı bildiririk.

Etibarlı müayinə və müalicə xidməti

Müayinə və ya müalicə üçün dünyanın bir çox yerinə səyahət edən şəxslərə hərtərəfli xidmət təqdim edirik. Etibarınızı qazanmaq ən böyük fəaliyyət prinsipimizdir.

Tibbi xidmət şəbəkəmiz

Türkiyə başda olmaqla dünyanın müxtəlif bölgələrindəki ən inkişaf etmiş tibb müəssisələri ilə dayanıqlı əlaqələrə sahibik. Bu əlaqələr və təcrübəmizlə xəstə, xəstəxana və digər tərəflər arasında sürətli, etibarlı və həll yönümlü yanaşma ilə düzgün bir prosesin şahidi oluruq.

Bizim xəstələrimiz ən yüksək keyfiyyət və ən etibarlı müalicəni almaqla, ödənişlərinin qarşılığını sonuna qədər əldə edə bilirlər.