Human resources

Mediline Group Assistance üçün gələcəyə istiqamətlənmiş yeni fikirləri olanlar, bu fikirlərlə parlaq layihələr həyata keçirmək imkanını şirkətimizin dəstəyi ilə reallaşdıra və komanda ruhu ilə çalışan kadrlarımızın iştirakı ilə həyata keçirə bilərlər.

Şirkətimizin insan resursları sahəsində atdığı addımlar mövcud biznes biliklərini müəyyən məqsədlərə çatmaq üçün istifadə etmək potensialına malik şəxlərin daim irəliyə getməsinə və bu potensialın düzgün istifadə olunmasını təmin etməklə faydalı iş əmsalının artması ilə nəticələnir.

Karyera planlaması

Mediline Group Assistance universiteti yenicə bitirmiş və ya iş təcrübəsi olmayan namizədlərə “faydasız işçi” kimi yanaşmır, onları iş həyatlarına dəstək olmaq üçün təşəbbüskarlıq göstərərək müəyyən şərtlərlə ehtiyac və layihələr çərçivəsində qiymətləndirir.

Həmçinin şirkətimizdən ayrılan hər bir işçi ilə “Fərdi müsahibə” həyata keçirilir və nəticələr iş prosesin yaxşılaşdırılması zamanı zəruri hesab edilən sahələrdə istifadə olunur.

İşə qəbul prosesi

Şirkətimizdə kadrların seçilməsi üç müxtəlif üsulla həyata keçirilir.

DAİMİ

Yeni məzunların və ya təcrübəli namizədlərin davamlı işlər üçün qiymətləndirildiyi prosesdir.

DÖVRİ

İşəgötürmə prosesi şirkətimizin fəaliyyətini, xüsusilə may və sentyabr ayları arasında iş çoxluğu nəzərə alınaraq təmin etmək məqsədilə həyata keçirilir.

TƏCRÜBƏ KEÇƏN

Yay aylarında və ya tələbələrin praktika tələbləri ilə əlaqədar təklif edilən bir təhsil-iş fürsətidir. Yay aylarında xüsusilə “öyrən və qazan” layihəsi ilə tələbələrin iş həyatına addım atmaları, təcrübə keçəcəkləri mövzularda təlim alması və xarici dil biliklərini inkişaf etdirmək üçün imkanlar yaranması və bununla da real iş təcrübəsi həyata keçirilir.